Xızı sakinləri də `Azəriqaz`ın TƏLƏSİNƏ DÜŞÜB...
Xızı rayonu, Giləzi qəsəbəsinin sakini Ələkbərov Azər Mirzəbala oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, “Azəriqaz” İB qəsəbə sakinlərinin başına “oyun açır”:

“Mən, Ələkbərov Azər Mirzəbala oğlu, öz adımdan və qonşularımın adından yazaraq bildirirəm ki, “Azəriqaz” sayğacı dəyişdikdən sonra, sakinlərə 10, 14, 16 manat məbləğində əlavə borc təyin ediblər. Amma bizim borcumuz olmayıb.

Səbəbini soruşduqda isə bizə deyirlər ki, sayğac istifadəsi bitdikdən sonra labaratoriyaya göndərilib və orada aşkar edilib ki, sayğac düzgün işləməyib. Sayğaca heç bir müdaxilə olunmadan belə bir şey necə ola bilər?

Sonradan bilirik ki, sayğacı dəyişdirilən hər bir vətəndaşın boynuna bu borc qoyulur.

Çox maraqlı bir məqam da budur ki, heç kəsə bildiriş verilmir. Deyirlər ki, hər kəs gözüyumulu bu borcu ödəməlidir. Laboratoriyadan çıxan cavab bizi qane etmir. Bir sözlə desək, “Azəriqaz” başımıza oyun açır.

Xahiş edirik, bizim səsimizi lazımi qurumlara çatdırın, bilsinlər ki, “Azəriqaz” vətəndaşları soyur”.

Məsələ ilə bağlı “Azəriqaz” İB ilə əlaqə saxlamağa çalışsaq da, sorğumuz cavabsız qaldı.

Dünyapress TV

Xəbər lenti